​Qazaxda hər kəsə örnək olacaq ata və oğul VİDEO FOTO


Digərləri 09 Mar 2018 13:04:00 217 0

​Qazaxda hər kəsə örnək olacaq ata və oğul  VİDEO  FOTO

Qaracayevlər ailəsini Qazax və ətraf rayonlarda demək olar ki, tanımayan yoxdur.

Son.az ARB 24-ə istinadla xəbər verir ki, bu ustanın çörəyi daşlardan çıxır, oğul da atanın yolunu davam etdirir.

Ata hazırladığı su süzən daşlar, oğul isə düzəltdiyi musiqi alətləri ilə ad-san qazanıblar. Müasir texnikanın inkişaf etdiyi dövrdə su süzən daşların hazırlanması ilə məşğul olanlar elə də çox deyil. Amma Musa Qaracayev böyük zəhmət tələb edən işinin öhdəsindən məharətlə gəlir. Usta xammal kimi dağlardan qopardığı daşlardan istifadə edir. Dediyinə görə, onun əl işinə tələbat çoxdur: "Daşların yaxşısını tapıram. Ölçülərinə görə fərqlənir. Əziyyətli işdir. Əvvəlcə altını yonuram, sonra üstünü və içini".

Daşdan süzülən su həm sərin, həm də təmiz olur. Lakin mütəmadi olaraq ona qulluq göstərilməli, vaxtlı-vaxtında içərisi təmizlənməlidir ki, ömrü uzun olsun. Musa dayının hazırladığı su daşlarının qiyməti ölçüsündən asılı olaraq 50-300 manat arası dəyişir.

Musa dayının xüsusi qabiliyyəti, sənətə sevgisi oğlu Zaura da keçib. Atasının hər işində ona yardımçı olan Zaur daha çox zərb alətlərini düzəltməklə məşğuldur: "7-8 yaşımdan bununla məşğulam. Həm də ifa edirəm. Üzləri xaricdən gəlir".


Xəbərə aid fotolar