Milli Məclisin 100 illik yubileyinə həsr olunan beynəlxalq futbol turnirinə start verilir


Digərləri 09 Mar 2018 12:56:00 225 0

Milli Məclisin 100 illik yubileyinə həsr olunan beynəlxalq futbol turnirinə start verilir

Bu gün "Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri"nə start verilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, turnir Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Uklrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandalarının iştirakı ilə Bakıda martın 11-dək davam edəcək.

Turnirin açılışı ilə bağlı keçirilən tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycan tarixində 100 il bundan öncə çox önəmli hadisə baş verdi və Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. O qeyd edib ki, Azərbaycan parlamentinin bu prosesdə mühüm rolu oldu.

Komitə sədri bildirib ki, Azərbaycan idman ölkəsinə çevrilib: "Azərbaycanda Birinci Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları və müxtəlif yerli və beynəlxalq idman yarışları keçirilib. Həm ölkəmizin idman siyasətinə, həm parlamentin 100 illiyinə töhfə vermək, həmkarlarımızı ölkədə gedən proseslərlə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların vəziyyəti ilə tanış etmək məqsədlilə bu yarışı keçirməyi qərara aldıq. Sizin bu səfəriniz ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirəcək. Bizim parlamentimiz qısa tarixdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib, lakin bu idmanı və siyasəti özündə birləşdirən tədbir birinci dəfədir ki, keçirilir".