Kabildə məscid yaxınlığında partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB


Dünya 09 Mar 2018 12:25:00 201 0

Kabildə məscid yaxınlığında partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB

Hələlik terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib

Kabildə baş verən partlayış zamanı azı 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyindən bildiriblər.

Yerli KİV-in məlumatına görə, partlayış Əfqanıstan həzaralarının rəhbəri Əbdül Əli Məzarinin ölümünün ildönümünün qeyd edildiyi mərasimin yaxınlığında törədilib. 

*** 12:07

Əfqanıstanın paytaxtı Kabilin Mossalla-Mazari rayonunda avtomobil məscid yaxınlığında partladılıb.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, terrorçu-kamikadze avtomobili məscidin yaxınlığına sürərək partladıb.

İlkin məlumatlara görə, bir nəfər ölüb, beş nəfər yaralanıb.

Hələlik terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.