Prokuror "Polojeniya Anar" ləqəbli kriminal avtoritetə cəza istədi


Digərləri 09 Mar 2018 11:48:00 237 0

Prokuror "Polojeniya Anar" ləqəbli kriminal avtoritetə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, A. Məhərrəmovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses martın 16-da davam etdiriləcək.