Bu şirkətlərə güzəştlər tətbiq olunacaq


Digərləri 09 Mar 2018 10:09:00 244 0

Bu şirkətlərə güzəştlər tətbiq olunacaq

Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən turizm şirkətlərinə güzəştlər edilməsi mexanizminin yaradılması nəzərdə tutulub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən yerli və xarici turizm şirkətlərinə subsidiyaların verilməsi, güzəştlərin edilməsi mexanizminin yaradılması, yerli istiqamətdə uçuşların müəyyən olunması və rayonlarda mövcud olan hava limanlarının potensialından geniş istifadə ilə bağlı Fəaliyyət Planı AZAL və Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılıb.

Gəncə-Naxçıvan reysinin bərpası planlaşdırılan uçuşlar siyahısına əlavə edilib.