Bakıda ruhi əsəb dispanserində iki gündə iki ölüm faktı qeydə alınıb


Digərləri 09 Mar 2018 08:26:00 241 0

Bakıda ruhi əsəb dispanserində iki gündə iki ölüm faktı qeydə alınıb

1 saylı Ruhi Əsəb Dispanserində ayrı-ayrı vaxtlarda 2 nəfər xəstəlikdən ölüb.

Son.az report.az-a istinadən bildirir ki, hadisələr Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində baş verib.

Martın 5-də 1959-cu il təvəllüdlü Vladimir Aleksandroviç xəstəlikdən dünyasını dəyişib. Məlumata görə, o, uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.

Martın 7-də Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü Həsənova Təranə Feyruz qızı dünyasını dəyişib.

Hər iki şəxsin ölüm səbəbləri araşdırılır.