Mənzildə köməksiz qalan 3 azyaşlı xilas edildi


Digərləri 09 Mar 2018 08:07:00 202 0

Mənzildə köməksiz qalan 3 azyaşlı xilas edildi

Bakının Xətai rayonunda 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.​