Bakıda qadın velosipedçilərin yürüşü keçirilib - fotolar


Şou-biznes 09 Mar 2018 00:00:00 273 0

Bakıda qadın velosipedçilərin yürüşü keçirilib - fotolar

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə həvəskar qadın velosipedçilər üçün veloyürüş təşkil olunub.

Axşam.az Oxu.Az-a istinadən xəbər verir ki, yürüşün məqsədi ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəni geniş təbliğ etməkdir. Həmçinin qadınlar arasında bu nəqliyyat vasitəsinə marağı artırmaqdır.

Şəhərin mərkəzi küçələrini əhatə edən veloyürüş paytaxt sakinlərinin böyük marağına səbəb olub.