Zəncirvari qəza olub, xəsarət alanlar var YENİLƏNİB


Digərləri 08 Mar 2018 20:27:00 422 0

Zəncirvari qəza olub, xəsarət alanlar var  YENİLƏNİB

20:27

Goranboy rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Son.az report.az-a istinadən bildirir ki, Goranboy rayonunun Xoylu kənd sakinləri, 1961-ci il təvəllüdlü Lətafət Elmir qızı Həsənova və onun 8 aylıq nəvəsi Ayxan Dəmir oğlu Həsənli, avtomobilin sürücüsü Dəmir Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı daha bir nəfərin xəsarət aldığı bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

---------

17:45

Goranboy rayonunda zəncirvari avtomobil qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Borsunlu kənd yolunda baş verib.

İlkin məlumatlara görə, 4 avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.

Əraziyə DYP-nin əməkdaşları və təcili yardım briqadası cəlb olunub.