ABŞ və Azərbaycan İmişlidə fermerlərə münasib yem əldə etməyə kömək edir (FOTO)


Digərləri 08 Mar 2018 16:35:00 295 0

ABŞ və Azərbaycan İmişlidə fermerlərə münasib yem əldə etməyə kömək edir (FOTO)

Bu gün ABŞ və Azərbaycan hökumətlərinin, habelə yerli sakinlərin birgə səyləri nəticəsində İmişli rayonunun Nurulu və Şahverdili kənd sakinləri yeni yem və toxum təmizləmə məntəqələrinin açılışını qeyd ediblər.

Bakı. Bu gün ABŞ və Azərbaycan hökumətlərinin, habelə yerli sakinlərin birgə səyləri nəticəsində İmişli rayonunun Nurulu və Şahverdili kənd sakinləri yeni yem və toxum təmizləmə məntəqələrinin açılışını qeyd edib. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu məntəqələr yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem əldə etməyə imkan yaradacaq. Baxmayaraq ki, bir çox kənd sakinləri öz torpaqlarında yonca və arpa əkirlər, həmin məntəqələr qurulmamışdan öncə toxumları təmizləmək üçün rayon mərkəzinə uzun məsafə gət etməli olurdular. İndi isə yerli sakinlər məhsullarını məhz öz icmalarında yemə çevirə biləcəklər.