İran Rusiyadan “Suxo-100” sərnişin təyyarəsi alır


Dünya 08 Mar 2018 15:47:14 244 0

İran Rusiyadan “Suxo-100” sərnişin təyyarəsi alır

Rusiya istehsalı olan “Suxo-100” sərnişin təyyarəsi 110 sərnişin tutur və iki mühərriklidir

“İran Hava Yolları Rusiyadan “Suxo-100” sərnişin təyyarəsi alacaq”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, Mokva ilə Tehran arasında bu məsələyə dair detallı müzakirə davam edir: “Alış-veriş üçün lazım olan plan hazırlanıb”.

Rusiya istehsalı olan “Suxo-100” sərnişin təyyarəsi 110 sərnişin tutur və iki mühərriklidir.