NATO Rusiya sərhədi yaxınlığında irimiqyaslı hərbi manevr keçirəcək


Dünya 08 Mar 2018 13:13:00 270 0

NATO Rusiya sərhədi yaxınlığında irimiqyaslı hərbi manevr keçirəcək

NATO-ya üzv ölkələr 2018-ci il oktyabr-noyabr aylarında Rusiya sərhədləri yaxınlığında, Skandinaviya yarımadasında "Trident Juncture" ("Vahid üçdişli mizraq") adı altında hərbi əməliyyat keçirəcək.

Son.az report-a istinadən xəbər verir ki, bunu ABŞ Dəniz piyadaları korpusunun komandanı, general Robert Neller Konqresin Nümayəndələr Palatasının Təsisatlar komitəsində bildirib.

Onun sözlərinə görə, manevrə NATO-ya üzv dövlətlərin 45 min hərbçisi, onlarla gəmi, təyyarə cəlb ediləcək: "Rusiya tərəfindən demarş və başqa fəaliyyət olacağına əminəm. Fikrimcə, bu, ABŞ strategiyasının ciddiliyini nümayiş etdirir. Avropadakı müttəfiqlərimiz bizim orada mövcudluğumuzu və onların müdafiəsinə sadiqliyimizi görmək istəyir".