İnfaqın insana təsirləri. İnfaqın edilmə şəraitləri


Digərləri 07 Mar 2018 22:20:00 281 0

İnfaqın insana təsirləri. İnfaqın edilmə şəraitləri

Allah yolunda edilən infaqın təsirlərinə diqqət edək:

1. Cəmiyyətin məhv olmasına mane olar. "(Malınızı) Allah yolunda xərcləyin və (cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir". ("Bəqərə" 195).

2. Ruzini artırar. "De: "Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır"". ("Səba" 39).

3. Öz mövqeyini sabitləşdirməyə səbəb olar. "Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində ikiqat meyvə vermiş bağ kimidir". ("Bəqərə" 265).

4. Son.az deyerler.org-a istinadən bildirir ki, səadətə meyl edərlər. "Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapanlardır". ("Həşr" 9).

İnfaqın şəraitləri.

1. İnfaq gərək ən yaxşı maldan olsun. "Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından (Allah yolunda) xərcləyin". ("Bəqərə" 267).

2. Ehtiyac olan şeydən infaq etmək. "Özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar". ("Həşr" 9).