Kifoz gizli başlayır, böyük fəsadlar verir


Digərləri 07 Mar 2018 22:25:00 303 0

Kifoz  gizli başlayır, böyük fəsadlar verir

Kürəyin və qamətin istənilən pozulması bütün orqanizmin quruluşu və işinə təsir edir. Onurğanın əyilməsi ürək, ağciyər, mədə-bağırsaq sistemini dəyişir. Yaş artdıqca qaməti və kürəyi düzəltmək çətinləşir. Ona görə kürəkdə, onurğada istənilən dəyişikliyi başda, erkən yaşda təyin edib, ou aradan qaldırmağa çalışmaq lazımdır. Bizim insanlar skolioz, onurğa yırtığına daha çox önəm verdiyindən, kifoz kimi xəstəliyi elə də ciddiyə almır. Hətta çoxları kifoz nədir bilmir.

Son.az medicina.az-a istinadən bildirir ki, normal qamətdə olan onurğa fizioloji olaraq əyilmələrə malikdir: lordoz və kifoz. Boyun və bel nahiyəsində bu əyilmə önə doğru qabarıq olur - bu lordozdur, döş qəfəsi və büzdümdə isə geri, içəri çəkilmiş olur- bu kifozdur. Bu quruluş imkan verir ki, dayaq-hərəkət aparatı effektiv işləsin. Əgər bu lazımı qədər nəzərə çarpmırsa, insanda düz kürək diaqnozu qoyulur. Belə patologiyada ayaq pəncəsinə daha çox yük düşür, oynaq ağrıları olur. Ona görə kifoz - fizioloji normadır, bədənin düzgün vəziyyətidir. Amma əgər kifozların forması, dərinliyi dəyişirsə, böyüyürsə, irəli doğru çıxırsa, onurğa və qamət pozulur. Skoliozdan fərqli olaraq lordoz və kifoz patologiyaları uzun müddət nəzərə çarpmır. Sonrakı mərhələdə döş qəfəsində batmalar müşahidə olunur, çiyinlər önə doğru yığılır, beldə qozbellik əlamətləri görünür. Kifoz xəstəliyi diaqnozu əyilmə küncü 30 dərəcəyə çatdıqda qoyulur.  

Kifozun yaranma səbəbləri: -Qeyri-düzgün qamət, yeriş -Rahat olmayan iş yeri -Anadangəlmə, ana bətnində qeyri-uyğun yerləşmə -Məktəbdə parta arxasında qeyri-düzgün oturuş -Fiziki iş görmədikdə kürək əzələsinin zəifliyi -Döş qəfəsində travmalar -Ağır yük, çanta gəzdirmək -Yaşlı adamlarda osteoporoz nəticəsində -Raxit -Tuberkulyoz -Skolioz nəticəsində onurğa özünü sığortalamaq üçün kürəkdə donqarlıq yaradır -Spondilit - onurğa sütunu iltihabı