Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert keçirilib FOTO


Digərləri 07 Mar 2018 21:31:00 249 0

Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert keçirilib  FOTO

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət evində 8 mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram konserti keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, konsertdə Baş İdarənin əməkdaşları, məktəb direktorları və qəsəbə sakinləri iştirak ediblər.

İlk öncə konsertin aparıcısı Humay Muxtarova 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları təbrik edib.