İstiğfar üçün ən yaxşı zaman hansıdır?


Digərləri 07 Mar 2018 21:40:00 267 0

İstiğfar üçün ən yaxşı zaman hansıdır?

Ayətullah Behcət buyurur: "Kamil etiqadla çoxlu deyin: "Əstəğfirullah". Heç bir şey sizi bu işdən ayırmasın, o zamana qədər ki, bütün bəlaların aradan gedər, məgər vacibat və zərurətdən başqa. Bəlkə onlar aradan qalxandan sonra belə, deyəsiniz ki, misal üçün geri qayıtmasın".

Son.az deyerler.org-a istinadən bildirir ki, günah elə bir pərdədir ki, bəndə ilə Allah arasında hayil olar, bəndə ilə Allahın rabitəsini kəsər. Bu rabitənin yenidən bərpa olması üçün istiğfar və tövbə etmək zəruridir. Əlbəttə ki, istiğfar ancaq günahların aradan getməsinə xidmət etməz, həm də bəndənin Allah yanındakı dərəcəsini qaldırar və onu bir çox xatalardan qoruyar.

"Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız". ("Nur" 31).

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim çoxlu istiğfar edərsə və Allahdan üzr istəyərsə - Allah hər qüssəddən onun üçün genişlik qərar verər, hər sıxıntıdan çıxmaq üçün çıxış yolu qoyar və ona güman etmədiyi yerdən ruzi verər".

Əmirəl-möminin (ə) buyurur: "İstiğfar və bağışlanma istəməklə Allahdan özünüzü ətirləndirin ki, günahın pis iyi sizi rüsvay etməsin". Bəlli olur ki, günah insandan pis qoxunun gəlməsinə səbəb olur. İnsan nə qədər özünü aldatsa da, günahın üfunəti insanı ifşa edir.