ABŞ-da restoranda naməlum şəxs atəş açıb, ölən və yaralananlar var


Dünya 07 Mar 2018 20:54:59 266 0

ABŞ-da restoranda naməlum şəxs atəş açıb, ölən və yaralananlar var

Ölən şəxsin restoranın sahibi olduğu bildirilir

ABŞ-ın Alabama ştatının Hörtsboro şəhərindəki "City Grill Cafe" restoranında naməlum şəxs atəş açıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Report"un verdiyi məlumata görə, bu barədə WRBL telekanalı yerli polisə istinadən xəbər verir.

Ölən şəxsin restoranın sahibi olduğu bildirilir.

İlkin ehtimallara görə, atəş ruhi xəstəlikdən əziyyət çəkən yerli sakin tərəfindən açılıb.