Allah yaxşı iş görənlərin mükafatını zay etməz


Digərləri 07 Mar 2018 21:10:00 404 0

Allah yaxşı iş görənlərin mükafatını zay etməz

Şübhəsiz hər bir cihadda iştirak etmək, istər kiçik olsun, istərsə də böyük - ardınca çox sayda çətinliklər gətirir. Həm cismi, həm maddi, həm ruhi çətinliklər.

O zaman ki, mücahid qəlb və canını Allaha imanla və İlahi vədələrə ümidlə aydınlandırar, yaxşı bilər ki, bu yolda atdığı hər bir addım, çəkdiyi hər bir nəfəs, hiss etdiyi hər bir çətinlik mükafatsız qalmayacaqdır və Allah bu əməllər qarşısında ona Öz sonsuz lütfünü əta edəcəkdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, belə olan halda mücahid heç bir çətinlik qarşısında məğlub olmur və onların böyüklüyündən qorxmur və bu məşəqqətli yolda heç bir zaman təslim olmur.

Qurani-Kərim bu haqda buyurur: "Bu, ona görədir ki, Allah yolunda onların düçar olduqları hər bir susuzluq, əziyyət və aclığın, eləcə də kafirlərin qəzəbinə səbəb olacaq hər bir yerə qədəm basmalarının və düşməndən əldə etdikləri hər bir bəhrənin (onları öldürmək və əsir etməyin) mükafatı olaraq onlar üçün bir saleh əməl yazılır. Həqiqətən Allah yaxşı iş görənlərin mükafatını zay etməz. Və çəkdikləri hər bir kiçik və böyük xərc və (cihad səfərində) qət etdikləri hər bir yer və dərə onların hesabına yazılır ki, Allah etdikləri çoxlu gözəl əməllərin mükafatını onlara əta etsin". ("Tövbə" 120-121).

Allah Təala Quranda cihad edənlərin əməllərinin zay olmadığına işarə edir və buyurur: "Həqiqətən Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz". ("Yusif" 90).