Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert keçirilib (FOTO)


Digərləri 07 Mar 2018 20:47:00 257 0

Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət evində 8 mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram konserti keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət evində 8 mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram konserti keçirilib. Trend-in məlumatına görə, konsertdə Baş İdarənin əməkdaşları, məktəb direktorları və qəsəbə sakinləri iştirak ediblər. İlk öncə konsertin aparıcısı Humay Muxtarova 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları təbrik edib.