Yolla gedərkən başına inşaat materialı düşdü


Digərləri 07 Mar 2018 20:00:00 261 0

Yolla gedərkən başına inşaat materialı düşdü

Məşhur modelyer Gülşah Saraçoğlunun başına iş gəlib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, modelyer küçə ilə gedərkən başına inşaat materialı düşüb. İçi qumla dolu kisələrin altında qalan Saraçoğlu ölümdən dönüb.  Modelyer hadisəyə görə tikinti aparan şirkətdən şikayət ərizəsi yazıb. Lakin şirkət işlərin 18:00-da yekunlaşdığını və düşən kisələrin fəhlələrin təmizlik apararkən ata biləcəklərini bildirib. Buna görə isə heç bir məsuliyyət daşımadıqlarını söyləyiblər. Məsələ ilə bağlı edilmiş şikayətə baxılır.