Narkoloji Dispanserin keçmiş baş həkimi həbs edildi FOTO


Digərləri 07 Mar 2018 17:12:00 263 0

Narkoloji Dispanserin keçmiş baş həkimi həbs edildi  FOTO

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənov və Mətanət Şamçıyevanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun protesti təmin edilib. Belə ki, H.Həsənovun barəsində təyin edilmiş Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti məhkum etmə) maddəsi hökmdən xaric edilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilib. H.Həsənov məhkəmə zalında həbs edilib.

M.Şamçiyeva ilə bağlı hissədə isə hökm qüvvədə saxlanılıb.

Qərardan narazı qalan H.Həsənov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib və hakim Tahir Kazımovun icraatına verilib. Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclasının vaxtı təyin ediləcək.

Qeyd edək ki, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.


Xəbərə aid fotolar