İranlı alimlər Şərqşünaslıq İnstitutunda olublar (FOTO)


Digərləri 07 Mar 2018 15:13:00 218 0

İranlı alimlər Şərqşünaslıq İnstitutunda olublar (FOTO)

Gilan Universitetinin Gilanşünaslıq Tədqiqat Mərkəzinin bir qrup alimi AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Bakı. Gilan Universitetinin Gilanşünaslıq Tədqiqat Mərkəzinin bir qrup alimi AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə Mərkəzin sədri dr. Seyyid Haşimi Musəvi, sədr müavini dr. Reza Əlizadə, tarix şöbəsinin müdiri dr. Abbas Pənahi və Gilan Vilayətinin Mədəniyyət İdarəsinin rəhbəri dr. Kazım Fəllahi daxil olub. Gilanlı alimlər ilk olaraq millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Qonaqlara Şərqşünaslıq İnstitutunda iranşünaslıq sahəsində görülən işlərlə bağlı məlumat verən G.Baxşəliyeva iki müəssisə arasında elmi əlaqələrin genişlənməsinin hər iki tərəfin alimləri üçün faydalı ola biləcəyini qeyd edib.