Şahmat məktəbinin kompüterləri oğurlandı VİDEO FOTO


Digərləri 07 Mar 2018 13:04:00 224 0

Şahmat məktəbinin kompüterləri oğurlandı  VİDEO  FOTO

Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva rayon Polis Şöbəsinə müraciət edərək, Təhsil Şöbəsinin nəzdindəki Uşaq Gənclər İdman Şahmat məktəbinin anbarından 10 ədəd kompüter dəstinin oğurlanması barədə məlumat verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Zərdab rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədənin Zərdab şəhər sakini Emin Qasımov olduğu müəyyənləşdirilib.

O, şübhəli şəxs qismində saxlanılıb. Oğurlanmış kompüterlər isə aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq aparılır.


Xəbərə aid fotolar