XƏBƏRDARLIQ - Martın 9-u və 10-da intensiv yağış yağacaq


Digərləri 07 Mar 2018 13:01:00 220 0

XƏBƏRDARLIQ - Martın 9-u və 10-da intensiv yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 9-u və 10-da gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 9-u və 10-da gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Departamentdən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 09-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.