Hindistanda irimiqyaslı hərbi dəniz təlimlərinə start verildi


Dünya 07 Mar 2018 10:38:00 225 0

Hindistanda irimiqyaslı hərbi dəniz təlimlərinə start verildi

Hindistanda hərbi dəniz təlimlərinə start verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Andaman və Nikobar adalarında keçirilən "Milan-2018" irimiqyaslı təlimlərində təqribən 30 gəmi iştirak edəcək.

"Times of India" qəzeti yazır ki, təlimlər martın 13-dək davam edəcək. Gəmilərin 17-si Hindistan Hərbi Dəniz Qüvvələrinə, 11-i isə digər dövlətlərə - Avstraliya, Banqladeş, İndoneziya, Malayziya, Myanma, Sinqapur, Şri Lanka və Tailanda məxsusdur.