PAŞA Bank ölkənin gömrük məntəqələrini POS-terminallar ilə təchiz etdi


Digərləri 07 Mar 2018 10:19:00 229 0

PAŞA Bank ölkənin gömrük məntəqələrini POS-terminallar ilə təchiz etdi

PAŞA Bank ölkənin gömrük məntəqələrində POS-terminallar şəbəkəsinin quraşdırılmasına dair geniş miqyaslı layihəyə başlayıb.

Bakı. PAŞA Bank ölkənin gömrük məntəqələrində POS-terminallar şəbəkəsinin quraşdırılmasına dair geniş miqyaslı layihəyə başlayıb. Bankdan Trend-ə verilən məlumata görə, bu layihə xarici iqtisadi fəaliyyət ilə məşğul olan yerli sahibkarlığın dəstəklənməsinə və nağdsız ödənişlərin stimullaşdırılmasına zəmin yaradacaq. Layihə çərçivəsində Bakıda və ölkənin 7 regionunda fəaliyyət göstərən gömrük məntəqələrində POS-terminallar quraşdırılıb, yaxın gələcəkdə isə ölkə ərazisində fəaliyyət göstərən bütün Gömrük İdarələrində POS-terminalların quraşdırılması nəzərdə tutulub. POS-terminallar vasitəsi ilə bütün növ gömrük ödənişlərini kart vasitəsi ilə həyata keçirmək mümkün olacaq.