Avtomobillə vurulan kişi öldü


Digərləri 07 Mar 2018 09:22:00 225 0

Avtomobillə vurulan kişi öldü

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonun İkinci Şıxlı kəndində kənd sakini, 1977-ci il təvəllüdlü Musayev Əmir Məhəmməd oğlu magistral yol ilə gedərkən hərəkətdə olan "QAZ31" markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.