“Porsche” uçan avtomobil buraxacaq


Digərləri 07 Mar 2018 08:25:00 250 0

“Porsche” uçan avtomobil buraxacaq

Almaniyanın məşhur "Porsche" avtomobil konserni hava yolu ilə insanların daşınması üçün pilotsuz aparatlar istehsal etməyi nəzərdən keçirir.

Son.az lent.az-a istinadən xəbər verir ki, bunu şirkətin satış üzrə direktoru Detlev fon Platen "Automobilwoche" dərgisinə müsahibəsində deyib.

Top menecer bildirib ki, bu tip dronlarla şirkətin baş ofisinin yerləşdiyi Ştutqartın Zuffenhauzen rayonundan şəhərin hava limanına 3,5 dəqiqəyə getmək olar. Hazırda isə avtomobillə bu yolu 30 dəqiqəyə getmək olur.