Uşaqlar üçün smartfon yaradıldı


Digərləri 07 Mar 2018 08:15:00 232 0

Uşaqlar üçün smartfon yaradıldı

İspaniyanın "Eѕsudo Web" şirkəti hər il Barselonada keçirilən MWC sərgisində uşaqlar üçün "PhoneKіd" telefonunu təqdim edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu, ən kiçik yaş kateqoriyalı istifadəçilər üçün nəzərdə tutulmuş mobil telefondur.

İlk növbədə, o, uşaqlarına nəzarət etmək istəyən valideynlər üçün yaradılıb. "PhoneKіd" - "Android" əməliyyat sistemində yaradılmış adi telefondur, ancaq onun buludu bir azca dəyişdirilib. Onun vasitəsilə valideynlər cihazdan kənarda övladlarına nəzarət edə və kontentini idarə edə biləcəklər.