Microsoftun mobil poçtu eşidəcək və danışacaq


Digərləri 07 Mar 2018 08:05:00 258 0

Microsoftun mobil poçtu eşidəcək və danışacaq

"Microsoft" tərəfindən hazırlanmış "Cortana" səsli köməkçisi "Outlook" mobil poçt xidmətinə inteqrasiya ediləcək.

Son.az ICTnews-a istinadən bildirir ki, "Outlook" poçt xidmətinin istifadəçiləri mətni dinləyə və diktə edə biləcəklər ki, bu da avtomobillə səyahət zamanı xüsusilə faydalı olacaq. "Cortana" səsli köməkçisi həm poçt qutusunun bütün tərkibini, həm də ayrı-ayrı kontaktlardan olan məktubları oxuya biləcək.