Yasamalda 3 otaqlı, Binəqədidə 2 otaqlı mənzil yanıb


Digərləri 07 Mar 2018 05:51:56 179 0

Yasamalda 3 otaqlı, Binəqədidə 2 otaqlı mənzil yanıb

Bakının Yasamal və Binəqədi rayonunda yanğın qeydə alınıb

Bakı. Bakının Yasamal və Binəqədi rayonunda yanğın qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin dəhlizinin lambirdən ibarət tavanı 12 m2 və dəhlizində quraşdırılmış şkaf və içərisindəki əşyalar 6 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.