Aralıq dənizində 160-dan çox miqrant xilas edilib


Dünya 07 Mar 2018 05:33:53 212 0

Aralıq dənizində 160-dan çox miqrant xilas edilib

Daha 21 nəfər itkin düşmüş hesab olunur

Aralıq dənizində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 160-dan çox insan xilas edilib, daha 21 nəfər itkin düşmüş hesab olunur.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Miqrasiya üzrə Beynəlxalq Təşkilatın (MBT) nümayəndəsi Flavio di Cakomo deyib.

"Təsdiq edirəm ki, 21 miqrant itib (Aralıq dənizində – red.), o cümlədən 4 qadın və 17 kişi, hamısı Qərbi Afrikadan gəlmədir", - deyə Di Cakomo öz "Twitter" bloqunda yazıb.

Onun sözlərinə görə, çərşənbə axşamı Aralıq dənizində Liviya Sahil Mühafizə Xidməti başqa bir gəmidən daha 130-dan çox insanı xilas etməyə müvəffəq olub.

"Aquarius" qəzada sağ qalmış 30 nəfərlə yanaşı Potssaloya daha 42 miqrant çatdırıb: onlar göyərtəsində 130 nəfərin olduğu və ticarət gəmisi və Liviya sahil mühafizəsinin köməyə gəldiyi digər qayıqda olublar", - deyə Di Cakomo yazıb.

MBT-nin məlumatına görə, Liviya Sahil Mühafizə Xidməti ikinci qayıqdan daha 90 nəfəri ölkə sahilinə çatdırıb.