Əfqanıstanda 10-dan çox İŞİD terrorçusu məhv edilib


Dünya 07 Mar 2018 01:37:43 303 0

Əfqanıstanda 10-dan çox İŞİD terrorçusu məhv edilib

ABŞ ötən bazar üç əfqan əyalətinə bir sıra hava zərbələri endirib

ABŞ Əfqanıstanda İŞİD terror qruplaşmasının 10-dan çox yaraqlısını məhv edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı məlumat yayıb.

Bildirilir ki, ABŞ ötən bazar üç əfqan əyalətinə bir sıra hava zərbələri endirib.

Martın 3-də Cauzcan əyalətində 9 yaraqlı, martın 4-də Kunar və Nanqarharda isə 2 terrorçu zərərsizləşdirilib.