Murad verdyi sözü tutdu - video


Şou-biznes 07 Mar 2018 00:00:00 305 0

Murad verdyi sözü tutdu - video

Müğənni Murad Boz Progeriya (erkən yaşlanma xəstəliyi) xəstəliyindən əziyyət çəkən 12 yaşlı fanatına verdiyi sözü tutub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı bir müddət əvvəl onunla görüşmək istədiyi Gülsüm adlı fanatının arzusunu həyata keçirəcəyinə söz vermişdi.

O, Gülsüm adlı azyaşlı qızın videosunu paylaşaraq “Sənin canına qurban, əlbəttə ki, görüşəcəyik” demişdi.


"Növbəti paylaşımımı Gülsümlə birgə edəcəm" deyən Muraddan həmin görüntülər gəlib.

O, Gülsümlə görüşüb və bunu İnstaqram hesabında izləyiciləri ilə bölüşüb.

Bozun bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən “Alqışlanacaq hərəkət” adlandırılıb.