Quranda 1400 il öncə verilən xəbəri indi təsdiq olundu


Digərləri 06 Mar 2018 23:10:00 269 0

Quranda 1400 il öncə verilən xəbəri indi təsdiq olundu

Qurani-Kərimin gələcəkdən verdiyi xəbərlər içərisində günəşin qaralması və ölməsi hadisəsi də mövcuddur. Quran buyurur ki, günəş ölən zaman Qiyamət başlayacaqdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu gün mütəxəssislər Quranın bu nəzərini tədqiq etməyə başlamış və üzərində araşdırmalar aparmışdılar. Onlar bu qənaətə gəlib çıxıblar ki, Quranın verdiyi xəbər aydındır və elə bir zaman gələcəkdir ki, günəş böyük bir atəş kürəsinə çevriləcəkdir və bütün planetləri özünə tərəf cəzb edib məhv edəcəkdir. Ondan sonra isə kiçilib sönəcəkdir. Onların nəzərinə görə, günəşin ömrünün bitməsinə 6 və ya 7 milyard il qalmışdır.

Halbuki, bu xəbəri Quran 1400 il əvvəl vermiş və buyurmuşdur: "Və günəşlə Ayın (nurun yox olmasında, yaxud Yerə və ya kainata yaxınlıqda) birləşəcəyi zaman". ("Qiyamət" 9).

"Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər), Ulduzlar qaralıb (yerə)töküləcəyi zaman". ("Təkvir" 1-2).