Gecə növbəsində işləyən kişilərə


Digərləri 06 Mar 2018 23:12:00 328 0

Gecə növbəsində işləyən kişilərə

Aparılan yeni araşdırmalar nizamsız iş saatlarının kişilərdə həm cinsi istəyi, həm də ata olmaq şansını azaltdığını ortaya qoyub.

Son.az lent.az-a istinadən maraqlı araşdırmanın nəticələrini təqdim edir.

Araşdırmaya görə, növbəli iş kişinin yuxu və qida nizamını, idman fəaliyyətlərini pozaraq sağlamlığına mənfi təsir edir. Növbəli işləyən kişilərdə testosteron səviyyəsi aşağı düşür. Testosteronun aşağı olması da sperma keyfiyyətinə mənfi təsir edir. Bu nəticələr gecə növbəsində işləyənlər üçün bir həyəcan siqnalı çalır.

Araşdırma nəticəsində növbəli işləyən kişilərdə sperma sayının ciddi şəkildə aşağı olduğu aşkarlanıb. Nizamsız və çox az yatmağın hormon səviyyəsinə, sperma ifrazında önəmli olan genə təsir etdiyi ortaya çıxıb. Növbəli iş sistemi, eyni zamanda, yuxu problemlərinə yol açır. Yetərsiz yuxu ilə bağlı sidik yolu problemləri və ereksiya pozğunluğu da yaranır.