ABŞın Türkiyədəki səfirliyi martın 7də işini bərpa edəcək


Dünya 06 Mar 2018 21:56:00 267 0

ABŞın Türkiyədəki səfirliyi martın 7də işini bərpa edəcək

Səfirlik martın 5-də təhlükəsizlik məqsədi ilə fəaliyyətini müvəqqəti dayandırıb

ABŞ-ın Ankaradakı səfirliyi öz işini tam həcmdə martın 7-də bərpa edəcək.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı Amerika diplomatik nümayəndəliyinin rəsmi təmsilçisi Devid Qeynerə istinadən "Sabah" nəşri yazıb.

"ABŞ-ın Ankaradakı səfirliyi sabah normal rejimdə işləməyə və xidmət göstərməyə başlaycaaq. Biz Türkiyə polisinə göstərdiyi dəstəyə və əmlak və əməkdaşlarımızın təhlükəsizliyinin təmin olunmasında etdiyi köməkliyə görə minnətdarıq", - deyə nəşr onun sözlərini sitat gətirir.