İnsan elm öyrənmədən necə alim ola bilər?


Digərləri 06 Mar 2018 21:40:00 227 0

İnsan elm öyrənmədən necə alim ola bilər?

Zöhd lüğətdə rəğbətsizlik və etinasızlıq deməkdir. Ancaq İslam maarifinə görə zöhd, yəni zahidlik - meyilsizliyin xüsusi növünə aid edilir. O meyilsizlik həmin o əməllərə qarşıdır ki, onu təkamül etməyə qoymur və yolunu bağlayır. Zöhd təqvadan daha üstün mərtəbədir. Çünki insan o zaman zahid olar ki, təvqanın ən pik nöqtəsinə çata bilsin. Ona görə də hər ikisi də eyni kökdəndirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim dünyaya rəğbət göstərər və nəticədə arzularını uzun edər - Allah qəlbini dünyaya rəğbət göstərdiyi ölçüsündə kor edər. Hər kim dünyaya qarşı zahid olar, nəticədə arzuları qısa olar. Allah ona öyrənmədən (yəni kimsə ona öyrətmədən) elm və yol göstərilmədən (yol göstərən olmadan) hidayət əta edər. Korluğu ondan aradan aparar və (ağıl gözünü) görən edər".

Bir gün Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: "Sizlərdən kimsə vardırmı ki, Allah ona öyrənmədən elm əta etsin və yol göstərən olmadan hidayət olsun?

Sizlərdən kimsə vardırmı ki, istəyir Allah ürək korluğunu aradan aparsın?