Bakıda avtobus qəzaya düşdü, tıxac yarandı FOTO


Digərləri 06 Mar 2018 21:26:00 240 0

Bakıda avtobus qəzaya düşdü, tıxac yarandı  FOTO

Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə Yasamal rayonu D.Bünyadzadə küçəsində baş verib. Nəticədə qeyd edilən ünvanda və ətraf küçələrdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Şahidlərin sözlərinə görə, qəza VAZ 2107 markalı avtomobilin sürücüsünün təhlükəli manevr edərək digər nəqliyyat vasitəsi ilə toqquşması səbəbindən baş verib.


Xəbərə aid fotolar