İnsanlar sevgi üçün nələri qurban verirlər?


Digərləri 06 Mar 2018 21:05:00 256 0

İnsanlar sevgi üçün nələri qurban verirlər?

Yaponiya şahzadəsi Mako əsli-nəcabəti olmayan biriylə nişanlandığını açıqlayıb. Bu da yapon qanunlarına görə, kral adlarından imtina etmək deməkdir.

Bəzilərimiz belə bir vəziyyətlə qarşılaşmaya bilərik, ancaq bir çox insan sevgi uğrunda fədakarlıqlar edir.

Ailəsini tərk edib

Anya, Duncan ilə Glasgow Universitetində tanış olduqdan sonra ailəsini və hər şeyi tərk edib.

Anya və Duncan-nın evləndiyi gün

Anya (Duncan ilə əlaqə saxlaya bilməsi üçün istifadə etdiyi qondarma ad) Glasgow-da çox dindar bir ailədə böyüyüb. BBC-yə verdiyi açıqlamada "Sevgi ilə qurulan bir münasibət mənim həyatımda seçim deyildi. Ya da mən elə fikirləşirdim", deyir.

Duncan ilə tanışlıq hər şeyi dəyişdirdi.

"Necə bir vəziyyətə düşdüyümdən xəbərsiz idim".

Anya evi tərk edərək sevgisinin arxasınca getməyə qərar verir.

Anya-nın ailəsi isə onu evə geri qaytarıb. O, dərmanla halsızlaşdırıldığını deyir.

Universitetdəki məsləhətçinin köməyilə Anya Niderlanda qaçmağa nail olur. Duncan onu hava limanına gətirir.

"Duncan məndən ailəmdən ona görə imtina etmədiyimə dair and içməyimi istədi. Çünki bu qədər çox ağrının səbəbkarı olmaq istəmirdi", Anya deyir.

"Onun üçün qaçmırdım. Amma istəyir bəyənsin, istəyir bəyənməsin, işin içində o da var idi. Çünki mənə sevgini o göstərmişdi. Sevgi azadlığa bərabərdir, amma mən azad deyildim".

Anya bir neçə ay sonra Glasgow-a qayıdan zaman ailəsi ilə barışmağa cəhd göstərib.

Böyük qardaşı Bangladeşdə evlənirdi, ailəsi onun da toyda iştirak etməsini istəyir. Anya Banqladeşə gedir və burada zorla saxlanılır.

"Sakitcə məni və özlərini öldürməkdən danışırdılar."

Anya Böyük Britaniya səfirliyinə sığınır və bir daha ailəsini görmür.

Anya ailəsindən qaçdıqdan 5 il sonra Duncan ilə evlənir.

"Evimiz deyə biləcəyim bir yerə köçdük. Orada 10 il yaşadıq və 3 uşağımız oldu. Hələ də Duncan-la birgəyik."

"Müsbət enerjisinə vuruldum"

Pnicha və Lee universitetdə oxuyarkən tanış olublar

Pnicha Kerdphol imkanlı bir tailand ailəsində doğulub və böyüyüb.

"Banqkokda böyüyən zaman mənə qulluq göstərən xidmətçilərim və sürücülərim var idi", o BBC-ə bildirib.