Ukrayna prezidentini müşaiyət edən avtomobil pensiyaçını vurub


Dünya 06 Mar 2018 16:45:51 232 0

Ukrayna prezidentini müşaiyət edən avtomobil pensiyaçını vurub

Təqaüdçü isə ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib

 Ukrayna prezidenti Pyotr Poroşenkonu müşaiyət edən avtomobillərdən biri pensiyaçı kişini vurub.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, hadisə martın 6-da paytaxt Kiyevdə baş verib.

Adı açıqlanmayan şəxs işıqforun qırmızı işığında yolu qaçaraq keçmək istəyib. Bu zaman P.Poroşenkonu müşaiyət edən karvandakı  avtomobillərdən biri onu vurub.

Amma sürücü buna əhəmiyyət verməyib və avtomobil hərəkətini davam etdirib. Təqaüdçü isə ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.