Azər Türk Bankın Naxçıvan filialı yeni ünvanda


Digərləri 06 Mar 2018 14:10:00 375 0

Azər Türk Bankın Naxçıvan filialı yeni ünvanda

Dövlət bankı Azər Türk Bankın Naxçıvan şəhərindəki filialı yeni ünvanda fəaliyyətini davam etdirəcəkdir.

Filialın şəhərin mərkəzi küçəsində yerləşən yeni, ikimərtəbəli, geniş binaya köçürülməsi Bankın regionlarda xidmət şəbəkəsinin inkişaf etdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilmişdir. Daim öz müştərilərinin rahatlığı qayğısına qalan Azər Türk Bankın bu addımda əsas məqsədi müştərilərin bank xidmətlərindən istifadəsi üçün daha əlverişli, komfortlu şərait yaratmaq, onlara daha üstün və operativ xidmət göstərməkdir. Qeyd edək ki, binanın həm praktik, həm də estetik həll yolları tətbiq edilməklə yaradılmış interyeri yüksək zövqlə tərtib olunmuş, otaqlar, əməliyyat zalları müasir tələblər səviyyəsində qurulmuşdur.

Filialda müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, ödənişlərin həyata keçirilməsi, valyuta mübadiləsi və digər bank xidmətləri təklif edilir.


Xəbərə aid fotolar