"Afrində zərərsizləşdirilən terrorçuların sayı 2872yə çatdı, 200 şəhid var"


Dünya 06 Mar 2018 13:40:07 261 0

"Afrində zərərsizləşdirilən terrorçuların sayı 2872yə çatdı, 200 şəhid var"

"Afrin əməliyyatı zamanı mülki vətəndaşlar zərər görməyiblər"

Suriyanın Afrin bölgəsində zərərsizləşdirilən terrorçuların sayı 2872-yə çatıb.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, bunu Trükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. O, əməliyyat zamanı şəhid olanların ailəsinə və Türkiyə millətinə başsağlığı verib:

""Zeytun budağı" əməlyyatında iştirak edən bütün qüvvələrimizə müvəffəqiyyətlər diləyirəm. Şübhəsiz ki, səfər bizdən, zəfər Allahdandır. Əməliyyat başlayandan bu günə qədər təxminən 700 kvadrat kilometrlik ərazi terrorçulardan azad edilib. Zərərsizləşdirilən terrorçuların sayı 2872-yə çatıb. 41 türk əsgəri, 159 Azad Suriya Ordusu nümayəndəsi şəhid olub. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, yaxınlarına və millətimizə başsağlı verirəm".