Milli Məclisin növbəti plenar iclası başladı


Digərləri 06 Mar 2018 12:23:00 207 0

Milli Məclisin növbəti plenar iclası başladı

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda ilk öncə deputatlar Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya"sına qoşulmaq haqqında qanun layihəsini müzakirə edəcək.

Daha sonra Seçki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, o cümlədən "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Yaşayış minimumu haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.