Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulub


Digərləri 06 Mar 2018 12:11:00 195 0

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulub

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın BMT-nin daha bir konvensiyasına qoşulması təsdiq edilib.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın BMT-nin daha bir konvensiyasına qoşulması təsdiq edilib. Trend-in məlumatına görə, iclasda Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya"sına qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan bütün konvensiyalara xüsusi qeyd göstərərək qoşulur: “Xüsusi qeyddə göstərilir ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və Azərbaycan həmin ərazilərdə konvensiyaları icra edə bilmir. Bununla da Azərbaycan bir daha Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırır. Ona görə də Azərbaycanın konvensiyalara xüsusi qeydlə qoşulmasını çox düzgün addım hesab edirəm”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin