Patriarx Kirill “Instagram”da səhifə açdı


Digərləri 06 Mar 2018 08:51:00 316 0

Patriarx Kirill “Instagram”da səhifə açdı

Moskva və Rusiya patriarxı Kirill üçün "İnstagram"da səhifə yaradılıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, səhifədə dini rəhbərin gündəlik fəaliyyətinə dair foto və videolar yerləşdiriləcək.

"Patriarxın mətbuat xidməti "Patriarxın günü" Instagram-akkauntu açır. Burada maraqlı foto və videolar, eləcə də onun xidmətinə dair gözlənilməz, qeyri-adi məqamları yerləşdirəcəyik. Çünki heç də bütün fotolar rəsmi saytdakı alboma daxil edilmir, bir çox an kadr arxasında qalır", - deyə patriarxlığın nümayəndəsi, keşiş Aleksandr Volkov bildirib.