“Amazon” ukraynalı mütəxəssislərin çalışdığı startapı alır


Digərləri 06 Mar 2018 08:59:00 245 0

“Amazon” ukraynalı mütəxəssislərin çalışdığı startapı alır

ABŞ-ın "Amazon" online ticarət şirkəti baş ofisi Kaliforniyada yerləşən "Ring" startapını satın alır.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Ring" müşahidə kameraları və "ağıllı" zənglər istehsalçısıdır. Texnoloji məhsullar, o cümlədən obrazların tanınması texnologiyası Ukraynanın paytaxtı Kiyevdə hazırlanır. Kiyevdəki  R&D (Research & Development) mərkəzində 300-dən çox mühəndis çalışır. Mərkəz bir neçə nəfərlə fəaliyyətə başlayıb və sürətlə böyüyüb.

"Ring" daha öncə 209 milyon dollar sərmayə cəlb edib. Şirkətin bazar dəyəri 760 milyon dollar həcmində qiymətləndirilir.