Aeroportda 5 milyon dollar oğurlandı


Dünya 06 Mar 2018 08:33:00 271 0

Aeroportda 5 milyon dollar oğurlandı

Braziliyanın San-Paulu ştatının Kampinas şəhərinin beynəlxalq hava limanında naməlum şəxslər baqaj bölməsindən 5 milyon dollar oğurlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, oğurlanmış pullar "Lufthansa" aviaşirkətinin təyyarəsi ilə İsveçrənin Tsürix şəhərinə göndərilməli idi.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Hələlik qarətçilərdən heç biri saxlanılmayıb.