Dünyada ən minimalist telefon təqdim olundu


Digərləri 06 Mar 2018 07:41:00 346 0

Dünyada ən minimalist telefon təqdim olundu

Yeni cihaz müasir smartfonların funksiyalarına ehtiyac duymayan insanlar üçün nəzərdə tutulub.   Son.az ICTnews-a istinadən bildirir ki, ABŞ-ın "Light" şirkəti "Light Phone 2" üçün vəsait toplama kampaniyasına başlayıb. İstehsalçılar yalnız zəng edə bilən minimalist telefonun ikinci nəslini çıxarmaq istəyirlər. Startap bir neçə gün ərzində 340 min dollar toplamağa müvəffəq olub.   "Android" əsaslı "LightOS" sisteminin idarəetməsi altında işləyən yeni telefon alüminium korpus, "e-ink" displey və yeni funksiyalarla (mətn mesajları və zəngli saat) təchiz edilib. İstifadəçilər yan paneldə yerləşən fiziki düymələrin köməyi ilə menyunu idarə edə bilərlər, ancaq sensor ekranın köməyi ilə SMS mesaj yığmaq mümkündür.   İstehsalçılar telefonu 2019-cu ilin aprelində tədarük etməyə başlayacaqlar. İndi qiyməti 250 dollar olan telefon vəsait toplama kampaniyası bitdikdən sonra 400 dollara satılacaq.