Bakıda böyük Novruz Festivalı Bir həftə möhtəşəm bayram olacaq


Digərləri 06 Mar 2018 07:00:00 272 0

Bakıda böyük Novruz Festivalı  Bir həftə möhtəşəm bayram olacaq

Novruz Festivalında yerli əhali ilə yanaşı, minlərlə turistin iştirakı gözlənilir

Bakıda Novruz bayramı münasibətilə böyük festival keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğatı Bürosu tərəfindən təşkil ediləcək. Builki festival ötənilkindən daha təmtəraqlı və daha geniş məkanda olacaq.

Bu barədə Son.az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib.

Bakıda vahid endirim kartı - Qiymətlər, qaydalar, istifadə yerləri Onun sözlərinə görə, ötənilki Novruz Festivalı uğurlu alındığından bu il ona daha çox diqqət ayrılacaq:

"Ötən il Milli Turizm Təbliğatı Bürosu olaraq Azərbaycanda ilk dəfə uzun müddətli və genişmiqyaslı Novruz Festivalı təşkil etdik. Həmin festival çox uğurlu alındı və ziyarətçi göstəriciləri çox qənaətbəxş oldu. Sabir bağında keçirilən festivalı 400 mindən çox tamaşaçı izlədi. Onların da təxminən yarısı xarici ölkə vətəndaşları, turistlər idi.

Bu il bu rəqəm daha böyük olacaq. Çünki Novruz bayramı günlərində İrandan ölkəmizə daha çox turistin gələcəyi gözlənilir. Təsadüfi deyil ki, ötən il iranlı turistlərin sayı Türkiyədən gələnlərin sayını da ötüb və siyahıda ilk üçlüyə daxil olub".